Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq
Fərdi
22 Sentyabr , 2017 10:51
Azərbaycan güləşçisi hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Litvanın Klaypeda şəhərində hərbçilər arasında keçirilən 32-ci dünya çempionatında Azərbaycan milli komandası daha bir medal qazanıb. 

“Report” xəbər verir ki, ikinci yarış günündə 86 kq çəki dərəcəsində mübarizə aparan Əşrəf Əliyev fəxri kürsüyə yüksəlməyi bacarıb. O, bürünc medal uğrunda görüşdə çinli Bahetihan Huvatibiekeni 5:1 hesabı ilə məğlub edib.

Bununla da dünya çempionatının sərbəst və qadın güləşi yarışları başa çatıb.Komanda hesabında Azərbaycanın sərbəst güləş yığması Rusiya və İran millilərindən sonra üçüncü olub.

Son iki yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Qalib Əliyev (61 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Ağahüseyn Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bürünc medal əldə edib. Qadınların yarışında isə Türkan Nəsirova gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi