Bakı. 9 sentyabr. REPORT.AZ/ ABŞ-ın Las Veqas şəhərində keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycanın yunan-Roma güləşçisi Rövşən Bayramov yarımfinaldakı görüşünü də təmiz qələbə ilə udub.
"Report"un məlumatına görə, Qırğızıstan təmsilçisi Arsen Yeraliyev üzərində 0:4 hesablı qələbə qazanan Bayramov 59 kq çəki dərəcəsində finala yüksəlib.
Qeyd edək ki, Rövşən Bayramov artıq Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.