Azərbaycan güləşçisi dünya çempionatında daha bir medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında daha bir medal qazanıb İkinci yarış günündə veteran pəhləvan Rövşən İsmayılxanlı bürünc medala sahib olub
Fərdi
15 Oktyabr , 2015 10:01
Azərbaycan güləşçisi dünya çempionatında daha bir medal qazanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada davam edən veteran güləşçilərin dünya çempionatında Azərbaycan yığması daha bir medal qazanıb. "Report"un məlumatına görə, ikinci yarış günündə 130 kq çəki dərəcəsində D divizionunda mübarizə aparan sərbəst güləşçi Rövşən İsmayılxanlı bürünc medala sahib olub.

O, ilk görüşdə ABŞ təmsilçisini üstələsə də, yarımfinalda Qazaxstan pəhləvanına uduzub. Bürünc medal görüşünə çıxan İsmayılxanlı türkiyəli rəqibinə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Azərbaycan pəhləvanlarından İslam Quliyev (85 kq) qızıl, Abbas Məmmədov (63 kq) gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi