Yuxarı

Azərbaycan güləşçisi Avropa çempionatında finala vəsiqə qazanıb

Murad Süleymanov həlledici görüşdə türkiyəli pəhləvanla qarşılaşacaq

Bakı. 4 may. REPORT.AZ/ Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatı davam edir.

“Report”un məlumatına görə, yarışın üçüncü günündə Azərbaycanın 61 kq və 74 kq çəki dərəcələrində sərbəst, 55 kq çəkidə isə qadın güləşçilər mübarizəyə qoşulub.

74 kq çəki dərəcəsində yarışan Murad Süleymanov İspaniya, Fransa və Rusiyadan olan rəqiblərini məğlub edərək finala çıxıb. O, həlledici görüşdə türkiyəli pəhləvanla qarşılaşacaq.

Təsəlliverici görüşdə moldovalı rəqibinə uduzaraq medal şansını itirən Əhmədnəbi Qvarzatilovdan (61 kq) fərqli Alyona Kolesnikin də fəxri kürsüyə yüksəlmək imkanı var. Xanım güləşçi “bürünc” uğrunda serbiyalı idmançı ilə üz-üzə gələcək.

Final görüşləri Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan güləşçiləri yarışın ilk iki günündə ümumilikdə 4 medal qazanıblar. Mariya Stadnik (48 kq) və Giorgi Edişeraşvili (57 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş, Tatyana Omelçenko (60 kq) isə bürünc medal əldə edib.

Kişilər

61 kq

Təsəlliverici görüş. Andrey Perpelita (Moldova) - Əhmədnəbi Qvarzatilov 12:10

1/4 final. Əhmədnəbi Qvarzatilov - Vladimer Xinçeqaşvili (Gürcüstan) 5:9

1/8 final. Jozsef Molnar (Macarıstan) - Əhmədnəbi Qvarzatilov 2:10

74 kq

FİNAL. Murad Süleymanov - Soner Demirtaş (Türkiyə)

1/2 final. Axmed Qazımaqomedov (Rusiya) - Murad Süleymanov 3:5

1/4 final. Murad Süleymanov - Zalimxan Hacıyev (Fransa) 10:5

1/8 final. Murad Süleymanov - Taimuraz Friev Naskidayev (İspaniya) 4:1

Qadınlar

55 kq

Bürünc medal görüşü. Merima Qaletin (Serbiya) - Alyona Kolesnik

1/2 final. Bilyana Jivkova Dudova (Bolqarıstan) - Alyona Kolesnik 12:0

1/4 final. Alyona Kolesnik - Sandra Paruszevski (Almaniya) 10:0

1/8 final. Alyona Kolesnik - Bediha Gün (Türkiyə) 9:2 (tuşe)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi