Azərbaycan güləşçiləri Yadigar İmam Kubokunda 9 medal qazanıb

Azərbaycan güləşçiləri Yadigar İmam Kubokunda 9 medal qazanıb Məhəmmədəli Həsənli bütün rəqiblərindən üstün olub
Fərdi
2 Fevral , 2015 12:01
Azərbaycan güləşçiləri Yadigar İmam Kubokunda 9 medal qazanıb

Bakı. 2 fevral. REPORT.AZ/ İranın Məşhəd şəhərində yeniyetmələr arasında beynəlxalq Yadigar İmam Kuboku keçirilib. "Report"un məlumatına görə, turnirdə iştirak edən sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandaları 1 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar. 

1 qızıl və 1 bürünc medala yunan-Roma güləşçiləri sahib olub. Məhəmmədəli Həsənli (58 kq) bütün rəqiblərindən üstün olduğu halda, Ceyhun Nəsirov (63 kq) 3-cü yeri tutub. 

Sərbəst güləşçilər isə turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Şahin Muxtarov (42 kq), Əliabbas Rzazadə (50 kq) və Əhliman Quliyev (76 kq) finalda uduzub. Fazil Həsənov (58 kq), Orxan Abbasov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Ravil Babazadə (76 kq) isə 3-cü yerlə kifayətlənib. 

Son xəbərlər

Orphus sistemi