Azərbaycan güləşçiləri "Təxti Kuboku"nda 4 bürünc medal qazanıblar

Azərbaycan güləşçiləri "Təxti Kuboku"nda 4 bürünc medal qazanıblar Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi Təxti Kuboku beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.
Fərdi
9 Fevral , 2018 16:29
Azərbaycan güləşçiləri Təxti Kubokunda 4 bürünc medal qazanıblar

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri İranın Təbriz şəhərində böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turnirində 4 bürünc medal qazanıblar.

“Report” xəbər verir ki, Coşqun Əzimov (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Roman Bəkirov (97 kq) fəxri kürsüyə yüksəlməyi bacarıblar. Onlar bu gün keçirilmiş təsəlliverici görüşlərdən qalib ayrılıblar. 

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Babək Allahverdiyev təmsil edib.

Qeyd edək ki, "Təxti Kuboku"nda 23 ölkədən 190-a yaxın idmançı iştirak edib.

Son xəbərlər

Orphus sistemi