Yuxarı

Azərbaycan güləşçiləri hərbçilər arasında dünya çempionatında daha iki medal qazanıblar

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan güləşçiləri Rusiyanın paytaxtı Moskvada hərbçilər arasında keçirilən dünya çempionatında daha iki medal qazanıblar.

“Report”un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Kənan Əliyev yalnız finalda yerli idmançıya 1 xal hesabı ilə uduzaraq “gümüş” əldə edib.

97 kq çəki dərəcəsində isə Roman Bəkirov 3-cü yer uğrunda mübarizədə Kolumbiya təmsilçisini üstələyib.

Qeyd edək ki, bunadək Ceyla Nağızadə (65 kq) qızıl, Sona Tumarxanova (50 kq), Ağahüseyn Mustafayev (65) və Coşqun Əzimov (74) bürünc medal qazanıblar. Murad Məmmədov (60 kq) və Ülvi Qənizadə (72 kq) isə bu gün final görüşlərinə çıxacaqlar.

Dünya çempionatı mayın 20-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi