Azərbaycan güləşçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar Onlardan 2-si qızıl, 2-sı gümüş, 4-ü isə bürünc əyarlıdır
Fərdi
10 İyul , 2017 10:59
Azərbaycan güləşçiləri beynəlxalq turnirdə səkkiz medal qazanıblar

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycanın sərbəst güləşçiləri Rusiyanın Kaspiysk şəhərində keçirilən beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş 48-ci beynəlxalq turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

“Report”un məlumatına görə, bütün görüşləri qələbə ilə başa vuran Mahir Əmiraslanov (57 kq) və Aslanbek Alborov (97 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər. Yalnız finalda uduzan Ağahüseyn Mustafayev (65 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş medalla kifayətləniblər.

Georgi Edişeraşvili, Pərviz İbrahimov (hər ikisi 57 kq), Qalib Əliyev (61 kq) və Məhəmməd Müslümov (65 kq) isə bürünc medal əldə ediblər.

Son xəbərlər

Orphus sistemi