Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar Bakı. 20 iyun. REPORT.AZ/ Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib.
Fərdi
20 İyun , 2018 10:56
Azərbaycan güləşçiləri Avropa çempionatında 6 medal qazanıblar

Bakı. 20 iyun. REPORT.AZ/ Macarıstanın Qyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmə güləşçilər arasında Avropa çempionatı keçirilib. 

"Report"un məlumatına görə, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət Azərbaycan yığma komandası 1 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib. Yunan-Roma güləşçilərindən Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. Əli Əlizadə (68 kq) isə bürünc medala yiyələnib. 

Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) sahib olub. 

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı milli dərəcəli hakimlər Həbub Nurulu və Əli Babayev də yer alıb. 

Son xəbərlər

Orphus sistemi