Azərbaycan güləşçiləri Avropa çempionatında 13 medal qazanıb

Azərbaycan güləşçiləri Avropa çempionatında 13 medal qazanıb Hər 3 növ üzrə yığmalar ümumi komanda hesabında 4-cü yeri tutub
Fərdi
4 Aprel , 2016 09:09
Azərbaycan güləşçiləri Avropa çempionatında 13 medal qazanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilmiş Avropa çempionatına yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanın sərbəst, yunan-Roma və qadın güləşi üzrə milli komandası yarışı 3 qızıl, 4 gümüş, 6 bürünc medalla başa vurub.

Qızıl medala qadın güləşçisi Tatyana Omelçenko (60 kq) ilə sərbəst güləşçi Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) layiq görülüb. Yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq), qadın güləşçi Alyona Kolesnik (58 kq) və sərbəst güləşçi Hacımurad Ömərovla (70 kq) Murad Süleymanov (74 kq) gümüş, yunan-Roma güləşçisi Ruhin Mikayılovla (71 kq) Elton Vəzirzadə (80 kq), qadın güləşçi Leyla Qurbanova (53 kq), Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq), eləcə də sərbəst güləşçi Zəlimxan Vəliyev (61 kq) bürünc medala yiyələnib.

Komanda hesabında Azərbaycanın hər 3 növ üzrə yığmaları 4-cü olub. 

Son xəbərlər

Orphus sistemi