Yuxarı

Azərbaycan gimnastları II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər

Vəsiqələr Avropa və dünya çempionatlarında qazanılıb

Bakı. 19 aprel. REPORT.AZ/ Azərbaycan gimnastları 2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Avropa Oyunlarına ilk lisenziyalarını əldə ediblər.

“Report”un məlumatına görə, Bakıda keçirilmiş batut gimnastikası üzrə Avropa çempionatında 2 kişi və 2 qadın batutçu bu hüquqa yiyələniblər. Azərbaycan millisi Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlarda maksimum sayla – 4 idmançı təmsil olunacaq.

Həmçinin, ötən həftə Belçikanın Antverpen şəhərindəki dünya çempionatında qarışıq cütlüyün uğurlu çıxışları onların da Avropa Oyunlarına yolunu açıb.

Qeyd edək ki, “Bakı 2015” I Avropa Oyunlarında olduğu kimi, “Minsk 2019”da da gimnastikanın 6 növü üzrə yarışlar keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi