​Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb

​Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb Birinci yerə İsveç gimnastı Adlerteq sahib çıxıb
Fərdi
24 Mart , 2015 12:42
​Azərbaycan gimnastı Dünya Kubokunda gümüş medal qazanıb

Bakı. 24 mart. REPORT.AZ/ Həftəsonu Almaniyanın Kottbus şəhərində yekunlaşan idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycan gimnastı Kristina Pravdina gümüş medal qazanıb. "Report"un məlumatına görə, yarışın birinci günü müxtəlif hündürlüklü qollarda yüksək nəticə göstərən Kristina finala çıxmağa müvəffəq olub.

Bu alətlə finalda Azərbaycan təmsilçisi rəqibini geridə qoyaraq, 2-ci yerdə qərarlaşıb. Birinci yeri isə İsveç gimnastı Adlerteq tutub.

Qeyd edək ki, bürünc medala Portuqaliya təmsilçisi Martins sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi