Yuxarı

Azərbaycan fiqurlu konkisürənləri Avropa çempionatında isti su problemi ilə üzləşiblər

Azərbaycan fiqurlu konkisürənləri Avropa çempionatında isti su problemi ilə üzləşiblər

Avstriyanın Qrats şəhərindəki Avropa çempionatına qatılan Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası problemlə üzləşib.

Federasiyanın baş katibi Fuad Quliyevin "Report"a verdiyi məlumata görə, idmançıların qaldıqları oteldə isti su olmayıb. Bu isə soyuq havaların hökm sürdüyü bir vaxtda narazılıqla qarşılanıb. F.Quliyev artıq məsələnin həllini tapdığını və isti suyun gəlməyə başladığını əlavə edib.

Artıq təşkilatçılar yarış üçün ayrılan otellərdə qalan federasiya rəsmiləri və idmançılardan üzr istəyiblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edir. Litvintsev fərdi proqramda 9-cu yeri tutub. Ryabova isə mübarizəyə bu gün qoşulacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi