Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazanıb Bakı. 19 avqust. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir.
Fərdi
19 Avqust , 2018 02:18
Azərbaycan cüdoçusu Minskdə bürünc medal qazanıb

Bakı. 19 avqust. REPORT.AZ/ Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatı keçirilir. 

"Report"un Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, beynəlxalq turnirin ilk günündə cüdoçumuz medal qazanıb.

Belə ki, 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Ayşə Qurbanlı Minsk turnirinin bürünc medalını qazanıb. Bu çəkidə mübarizə aparan digər cüdoçumuz Leyla Əliyeva isə 5-ci olub.Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi