Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb BƏƏ-də keçirilən beynəlxalq yarışa yekun vurulub
Fərdi
30 Oktyabr , 2016 20:18
Azərbaycan cüdoçusu “Böyük Dəbilqə” turnirində qızıl medal qazanıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

"Report" xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə 1 qızıl, 1 bürünc medal yazdırıb.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə 1/4 finaldan qoşulub. Finala gedən yolda o, qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanıb. Həlledici görüşdə isə Braziliya cüdoçusu Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

90 kq çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandar Kukolja uduzaraq təsəlliverici görüşə qatılıb. Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq)7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Xatırladaq ki, turnirin ikinci günüdə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi