Yuxarı

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn İrina yalnız Yaponiya təmsilçisinə uduzub

Bakı. 11 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" yarışı keçirilib. Beynəlxalq turnirdə 71 ölkədən 399 cüdoçu mübarizə aparıb.

“Report” xəbər verir ki, milli komanda mötəbər çempionatda bir bürünc medal qazanıb.

+78 kq çəki dərəcəsində yarışan qadın cüdoçumuz İrina Kindzerska Paris turnirində 3-cü yeri tutub. ABŞ, Belarus və Fransa idmançılarına qalib gələn Azərbaycan cüdoçusu yalnız Yaponiya təmsilçisinə uduzaraq ölkəmizə bürünc medal qazandırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi