​Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına yüksəlib

​Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına yüksəlib Rüstəm Orucov finala gedən yolda rusiyalı Denis Yartsevlə görüşəcək
Fərdi
22 Aprel , 2016 15:47
​Azərbaycan cüdoçusu Avropa çempionatının yarımfinalına yüksəlib

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. "Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri baxımından önəm daşıyan yarışın ikinci günündə Azərbaycanın 2 cüdoçusu tatami üzərinə çıxıb.

73 kq çəkidə Rüstəm Orucov 1/16 finalda litvalı Kestutis Vitkauskasla üz-üzə gəlib. Azərbaycanlı idmançı qalib gələrək adını 1/8 finala yazdırıb. Onun növbəti rəqibi çexiyalı Yakub Yesminek olub. Orucov bu idmançı üzərində cəmi 22 saniyəyə qələbə qazanaraq 1/4 finala yüksəlib. Azərbaycan cüdoçusu daha sonra sloveniyalı Rok Draksiçlə münasibətlərinə aydınlıq gətirib. Orucov bu rəqibini də məğlub edərək adını yarımfinala yazdırıb. Finala gedən yolda onun rəqibi rusiyalı Denis Yartsev olacaq.

81 kq-da isə Əbdülhəqq Rəsullu 1/16 finalda fransalı Alen Şmittlə görüşüb. O, qalib gələrək növbəti mərhələyə yüksəlib. Lakin 1/8 finalda belçikalı Yoahim Bottyö Rəsullunun yolunu kəsib.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi