​Azərbaycan cüdoçusu Afrikada bürünc medal qazanıb

​Azərbaycan cüdoçusu Afrikada bürünc medal qazanıb Ayşə Qurbanlı Amerika idmançısına qalib gəlib
Fərdi
8 Noyabr , 2015 03:09
​Azərbaycan cüdoçusu Afrikada bürünc medal qazanıb

Bakı. 8 noyabr. REPORT.AZ/ Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının birinci günündə Azərbaycanın 6 cüdoçusu mübarizə apararıb.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, qadın cüdoçularımızdan Ayşə Qurbanlının çıxışı uğurlu alınıb.

48 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk olaraq ev sahibi Letisiya Lumelonu və daha sonra avstraliyalı Xloe Rayneri məğlub edib. Yarımfinal qarşılaşmasında isə Qurbanlı ekvadorlu cüdoçu Diana Kobosa uduzaraq bürünc uğrunda mübarizəyə qoşulub. Ayşə Qurbanlı bu mərhələdə Amerika idmançısı Ketelin Boysa qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq. çəki dərəcəsində yarışan cüdoçumuz Oruc Vəlizadə isə 1/4 finala yüksələ bilib, lakin o , italiyalı Karmin de Lorentoya məğlub olaraq təsəlliverici görüşə çıxıb. Avstriya təmsilçisi Lyudoviq Payşerə uduzan Vəlizadə 7-ci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, turnirdə iştirak edən digər cüdoçularımız - İsmail Piriyev (73 kq), Tərlan Kərimov (66 kq) və Xanım Hüseynova (63 kq) mübarizəni erkən dayandırmalı olublar.

Son xəbərlər

Orphus sistemi