Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa kubokunda 4 medal qazanıblar

Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa kubokunda 4 medal qazanıblar Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.
Fərdi
17 Fevral , 2019 23:26
Azərbaycan cüdoçuları yeniyetmələr arasında Avropa kubokunda 4 medal qazanıblar

Bakı. 17 fevral. REPORT.AZ/ İspaniyanın Fuengirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku turnirinə yekun vurulub.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan cüdoçuları beynəlxalq yarışın son günü də uğurla çıxış ediblər.

Yeniyetmə idmançılarımız 1 gümüş 1 bürünc medal qazanıblar. 73 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov yalnız finalda uduzaraq Avropa kuboku yarışının gümüş medalına sahib olub. +90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Hüseyn Məmmədov yalnız bir görüşdə uduzaraq 3-cü yeri tutub.

Qeyd edək ki, Fuengirola turnirində 25 ölkədən 488 cüdoçu mübarizə aparıb. Azərbaycanı beynəlxalq turnirdə 8 idmançı təmsil edib və cüdoçularımızdan 4-ü medal qazanıb. Yarışın ilk günü Nicat Məmmədli qızıl, Mətin Rzazadə bürünc medala layiq görülüb.

Azərbaycan cüdoçuları daha əvvəl də Avropa kubokunda 3 medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi