Yuxarı

Azərbaycan cüdoçuları Serbiyada 3 bürünc medal qazanıb

Elbrus Zamanov, Telman Vəliyev və Gültac Məmmədəliyeva bürünc medallara sahib olublar

Bakı. 23 sentyabr. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqrad şəhərində cüdo üzrə Avropa açıq çempionatına start verilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın birinci günü Azərbaycan milli komandası aktivinə 3 medal yazdırıb. 

Beynəlxalq turnirdə ölkəmizi təmsil edən Elbrus Zamanov (60 kq), Telman Vəliyev (73 kq) və Gültac Məmmədəliyeva (48 kq) bürünc medallara sahib olublar.

Qeyd edək ki, 30 ölkədən 240 cüdoçunun (157 oğlan, 83 qız) mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 17 cüdoçu (13 oğlan, 4 qız) ilə təmsil olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi