Yuxarı

Azərbaycan cüdoçuları Parisdə 2 medal qazanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Fransanın paytaxtı Paris şəhərində cüdo üzrə nüfuzlu "Böyük Dəbilqə" yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub.

“Report” xəbər verir ki, ağır çəkidə mübarizə aparan cüdoçularımız beynəlxalq turniri medallarla başa vurublar.

Qadınların yarışında ölkəmizi təmsil edən İrina Kindzerska (+78 kq) Kamerun, Rusiya və Yaponiya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə Kuba təmsilçisi İdalis Ortizə uduzan Kindzerska Parisdə millimizə gümüş medal qazandırıb. Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Uşangi Kokauri (+100 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Fransa "Böyük Dəbilqə"sində 97 ölkədən 570 cüdoçu (334 oğlan, 236 qız) mübarizə aparıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi