Azərbaycan cüdoçuları Özbəkistanda daha iki medal qazandılar

Azərbaycan cüdoçuları Özbəkistanda daha iki medal qazandılar Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri yarışı davam edir
Fərdi
8 Oktyabr , 2017 00:17
Azərbaycan cüdoçuları Özbəkistanda daha iki medal qazandılar
Foto: Judo.az

Bakı. 7 oktyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə “Qran-Pri” yarışı davam edir.

"Report" xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz aktivinə daha iki medal yazdırıb.

73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Telman Vəliyev və 81 kq çəki dərəcəsində mübarizə aparan Fəqan Quluzadə mötəbər turnirin bürünc medallarına sahib olublar.

Yarışın ilk günü Vüqar Şirinli (60 kq) qızıl medal qazanıb.

27 ölkədən 183 (91 kişi, 92 qadın) idmançının qatıldığı mötəbər yarışda Azərbaycan millisi 5 cüdoçu ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi