Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.
Azərbaycanın bütün idmançıları Kamerunda medal qazanmağa müvəffəq olublar.
Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.