Yuxarı

Azərbaycan cüdoçuları Böyük Dəbilqəyə İtaliyada hazırlaşır

Azərbaycan cüdoçuları Böyük Dəbilqəyə İtaliyada hazırlaşır

İtaliyanın paytaxtı Romada Avropa Cüdo İttifaqının ənənəvi təlim-məşq toplanışı keçirilir. 

"Report" Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkənin həm kişilər, həm də qadınlardan ibarət milli komandalarının üzvləri də hazırlıq prosesinə qatılıblar.

Beynəlxalq təlim-məşq toplanışında Fransa, İtaliya, Rusiya, Koreya Respublikası, Niderland, Almaniya, Belçika, Avstriya, Monqolustan, Sloveniya, İsveç, Çexiya, Ukrayna və digər ölkələrin ən güclü cüdoçuları iştirak edir. 

Azərbaycan komandasının hazırlıq prosesində iştirakı oktyabrda Abu-Dabi şəhərində keçiriləcək Böyük Dəbilqə və Avstraliyada təşkil ediləcək beynəlxalq turnirə hazırlıq məqsədi daşıyır.

Hər iki yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Hazırlıq prosesinə oktyabrın 11-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi