Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Fərdi
16 Aprel , 2018 10:50
Azərbaycan cüdoçuları Avropa Kubokunda 7 medal qazanıblar

Bakı. 16 aprel. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa Kubokunda Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balabəy Ağayev (55 kq), Yaşar Nəcəfov (60 kq) və Ramilə Əliyeva (48 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq), Murad Fətiyev (81 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib olub.

Bu nəticə ilə Azərbaycan millisi 3-cü yeri tutub.

Qeyd edək ki, Avropa Kubokunda 17 ölkədən 259 cüdoçu mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi