Yuxarı

Azərbaycan cüdoçuları Avropa kuboku yarışının ilk günündə 3 medal qazanıblar - FOTO

​Azərbaycan cüdoçuları Avropa kuboku yarışında 3 medal qazanıblar

Çex Respublikasının paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında Avropa kuboku yarışına start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları 3 medal qazanıblar.

60 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün görüşləri qalib başa vuraraq qızıl medala sahib olub. Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rəşad Yelkiyev bürünc medala layiq görülüb. Daha bir təmsilçimiz Davud Abbaslı (66 kq) bürünc medal qazanıb.

Beləliklə, gənclərdən ibarət milli komandamız Praqa turnirinin ilk günündə aktivinə 1 qızıl 2 bürünc medal yazdırıb. Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu yarışır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi