Azərbaycan cüdoçuları Asiya kubokunu gümüş və bürünc medalla başa vurublar

Azərbaycan cüdoçuları Asiya kubokunu gümüş və bürünc medalla başa vurublar Azərbaycan cüdoçusu Şahin Qəhrəmanov Qazaxıstanda gümüş medal qazanıb.
Fərdi
19 İyul , 2019 21:56
Azərbaycan cüdoçuları Asiya kubokunu gümüş və bürünc medalla başa vurublar

Azərbaycan cüdoçusu Şahin Qəhrəmanov Qazaxıstanda gümüş medal qazanıb.

“Report” xəbər verir ki, Qazaxıstanda keçirilən cüdo üzrə Asiya Açıq Kuboku yarışının son günündə də Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Şahin Qəhrəmanov yalnız finalda uduzaraq gümüş medala sahib olub.

Xatırladaq ki, Aktau turnirinin ilk günündə cüdoçumuz Yaşar Nəcəfov bürünc medala layiq görülüb. Beləliklə, Azərbaycan cüdoçuları Asiya kubokunu bir gümüş və bir bürünc medalla başa vurublar.

Son xəbərlər

Orphus sistemi