Yuxarı

Azərbaycan Cüdo Federasiyası DİN İdman Cəmiyyətinə idman geyimləri və tatamilər bağışlayıb

Zemfira Meftahətdinova göstərilən qayğıya görə minnətdarlığını bildirib
© Judo.az

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) nümayəndələri Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində olublar. 

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə bu quruma idman geyimləri təqdim olunub.

Bundan başqa, cəmiyyətə yeni tatamilər də verilib. DİN-in İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova göstərilən qayğıya görə ACF rəhbərliyinə minnətdarlığını bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi