Azərbaycan boksçusu "Strandja" turnirində bürünc medal qazanıb

Azərbaycan boksçusu "Strandja" turnirində bürünc medal qazanıb Yarış Bolqarıstanın paytaxtı Sofiyada keçirilib
Fərdi
25 Fevral , 2018 14:08
Azərbaycan boksçusu Strandja turnirində bürünc medal qazanıb

Bakı. 25 fevral. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə ənənəvi “Strandja” turnirində yarımfinal mərhələsinin döyüşləri yekunlaşıb.

“Report” xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin üzvü Məsud Yusifzadə də rinqə çıxıb.

52 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ukraynalı Dmitri Zamotayevlə qarşılaşıb. Döyüş Yusifzadə üçün uğurlu alınmayıb və rəqib qələbə qazanıb.

Nəticədə təmsilçimiz 69-cu dəfə keçirilən "Strandja" turnirini bürünc medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi