Azərbaycan boksçusu Avropa çempionu olub

Azərbaycan boksçusu Avropa çempionu olub Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Fərdi
18 Mart , 2019 02:40
Azərbaycan boksçusu Avropa çempionu olub

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

“Report” xəbər verir ki, yarışın son günü Azərbaycan millisinin lideri Məhəmməd Abdullayev final döyüşünə çıxıb.

+91 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. M. Abdullayev 5:0 (30:27, 29:28, 30:27, 30:27, 29628) hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyini 1 qızıl və 2 bürünc medalla başa vurub. M. Abdullayevdən öncə Rüfət Hüseynov (49 kq) və Cəbrayıl Yelekov (81 kq) 3-cü yeri tutub.

Kişilərdən ibarət yığmamız komanda hesabında 38 ölkə arasında 4-cü nəticəni göstərib. Yarışda qızıl medallar da məhz 4 millinin hesabındadır. Rusiya boksçuları 7 dəfə (7-0-0) çempionluq sevinci yaşadıqları halda, digər 3 ən yüksək əyarlı mükafat Bolqarıstan (1-1-0), Ukrayna (1-0-3) və Azərbaycan (1-0-2) idmançılarının payına düşüb.

Son xəbərlər

Orphus sistemi