Azərbaycan boksçularının Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalındakı rəqibləri müəyyənləşib

Azərbaycan boksçularının Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalındakı rəqibləri müəyyənləşib Dünya çempionu Cavid Çələbiyevin rəqibi Ermənistan təmsilçisi olacaq
Fərdi
14 Aprel , 2016 09:13
Azərbaycan boksçularının Avropa Olimpiya Təsnifat Turnirinin yarımfinalındakı rəqibləri müəyyənləşib

Bakı. 14 aprel. REPORT.AZ/ Aprelin 15-də Türkiyənin Samsun şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Avropa Təsnifat Turnirinin yarımfinal mərhələsinin görüşləri keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan boksçularından 5-i 1/4 final görüşlərini qələbə ilə başa vurub. 

Qadın boksçu Yana Alekseyevna (60 kq) isveçli Aqnes Aleksiussonu məğlub edib. Onun finala gedən yolda rəqibi irlandiyalı Keti Taylor olacaq. 

Kişilərin yarışında 56 kq çəki dərəcəsindəki dünya çempionu Cavid Çələbiyev moldovalı Vyaçeslav Qoyanı yenib. C.Çələbiyevin növbəti rəqibi ermənistanlı Aram Avaqyan olacaq. 

64 kq çəkidəki Lorentso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidisi üstələyib. O, yarımfinalda türkiyəli Batuhan Gözgeclə münasibətlərinə aydınlıq gətirəcək. Hər üç yarımfinal döyüşü günorta sessiyasında baş tutacaq.

91 kq çəkidə mübarizə aparan Abdulqadir Abdullayev litvalı Tadas Tamasauskasa qalib gəlib. A.Abdullayev yarımfinalda böyük britaniyalı Laurens Okoli ilə qarşılaşacaq. 91 kq-dan yuxarı çəkidə isə ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov italiyalı Quido Vianellonu məğlub edib. O, yarımfinalda türkiyəli Ali Eren Demirezenlə döyüşəcək. Hər iki qarşılaşma axşam sessiyasında baş tutacaq. 

Qeyd edək ki, reqlamentə əsasən hər çəkidə ilk 3 yerin sahibi "Rio-2016"ya lisenziya qazanacaq. Bu isə finala çıxacaq boksçunun olimpiadaya vəsiqəni təmin edəcəyi anlamına gəlir. 3-cü yerin sahibləri isə yarımfinalda məğlub olanlar arasında keçiriləcək görüşlərdən sonra müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlər aprelin 16-da, final döyüşləri isə aprelin 17-də keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi