Yuxarı

Azərbaycan boks millisi Avropa çempionatında 2 medalı təmin edib

Bakı. 23 aprel. REPORT.AZ/ İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçirilən Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub. 

"Report"un məlumatına görə, Azərbaycan milli komandasının üzvlərindən ikisi yarımfinala yüksəlib. 

60 kq çəki dərəcəsində mübarizə aparan Nurlan Səfərov 1/4 finalda Nikolay Terteryanı (Danimarka) 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28), 69 kq çəkidəki Nicat Həsənov Mikita Buçkonu 4:1 (29:28, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə yenib. Onlar yarımfinalda müvafiq olaraq, hollandiyalı van Peer Cas və şotlandiyalı Samuel Hikki ilə üz-üzə gələcəklər. Görüşlərin nəticələrindən asılı olmayaraq, Azərbaycan millisinin çempionatı 2 medalla başa vuracağı dəqiqləşib. 

Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 24-də, final qarşılaşmaları aprelin 25-də olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi