Azərbaycan badmintoçuları ilk dəfə beynəlxalq turnirdə üç medal qazanıblar

Azərbaycan badmintoçuları ilk dəfə beynəlxalq turnirdə üç medal qazanıblar Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bəhreynin Madinat-İsa şəhərində keçirilən Bahrain International Series 2018 turnirində qızıl medal qazanıb.
Fərdi
5 Noyabr , 2018 19:44
Azərbaycan badmintoçuları ilk dəfə beynəlxalq turnirdə üç medal qazanıblar

Bakı. 5 noyabr. REPORT.AZ/ Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bəhreynin Madinat-İsa şəhərində keçirilən "Bahrain International Series 2018" turnirində qızıl medal qazanıb.

Azərbaycan Badminton Federasiyasının Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mübarizəyə 1/8 finaldan qoşulan idmançı finala kimi İngiltərə, Bəhreyn və Yaponiya təmsilçilərinə qalib gəlib. O, finalda ABŞ idmançısı Timoti Lamı 2:0 (21-13,21-13) hesabı ilə üstələyib.

Azərbaycan digər badmintonçusu Ezmi Qovimuramadhoni yarışı bürünc medalla başa vurub. 1/16 finaldan mübarizəyə qoşulan Ezmi yarımfinala kimi ardıcıl olaraq Bəhreyn, Pakistan və İordaniya badmintonçularına qalib gəlib. O, yarımfinalda Edi Reski Dviçayonun finalda üstələdiyi Timoti Lama uduzub.

Badmintonçular kişilərin qoşa yarışında da uğurlu çıxış ediblər. Edi-Ezmi tandemi badmintonçuların qoşa yarışında qızıl medala sahib çıxıb.

Beləliklə, ilk dəfə Azərbaycan badmintoçuları beynəlxalq turnirdə, ümumilikdə, 3 medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi