Ramil Əliyev Avropa Kiber İdman Federasiyasının Müşavirə komitəsinin heyətinə üzv seçildi

Ramil Əliyev Avropa Kiber İdman Federasiyasının Müşavirə komitəsinin heyətinə üzv seçildi Avropa Parlamentin Brüsseldəki binasında Avropa Kiber İdman Federasiyasının (EEF) təsis toplantısı keçirilib.
Fərdi
25 Fevral , 2020 13:14
Ramil Əliyev Avropa Kiber İdman Federasiyasının Müşavirə komitəsinin heyətinə üzv seçildi

Avropa Parlamentin Brüsseldəki binasında Avropa Kiber İdman Federasiyasının (EEF) təsis toplantısı keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, tədbir çərçivəsində təşkilatın prezidentinin, federasiyanın idarə heyətinin və müşavirə komitəsinin üzvlərinin seçki prosesi baş tutub.

Azərbaycanı bu tədbirdə Kiber İdman Federasiyasını (AzKİF) prezidenti Ramil Əliyev təmsil edib. İclasın yekununa əsasən Əliyev Avropa Kiber İdman Federasiyasının Müşavirə komitəsinin heyətinə üzv seçilib.

Toplantı Kiber İdman hərəkatının Avropada inteqrasiyası üçün baza yaratmaq imkanı verib. Hazırda bu təşkilat əsas Kiber İdman turnirlərinin keçirildiyi Avropa ölkələri federasiyalarının yarıdan çoxunu özündə cəmləyir.

Bununla yanaşı, Avropa Kiber İdman Federasiyasının prezidenti vəzifəsinə Almaniya Kiber İdman Federasiyasını (ESBD) təmsil edən Xans Yaqnov seçilib. Seçki yolu ilə EEF-in idarə heyətinin və həmçinin təftiş funksiyası olan müşavirə komitəsinın digər üzvləri də müəyyənləşib. Ramil Əliyevlə yanaşı, Konstantin Surkont (Rusiya KİF) Boban Totovski (MESF, Makedoniya), Balaş Biro (HUNESZ, Macarıstan), (AzKİF, Azərbaycan), Sami Bessi (BESF, Belçika) üzvlüyə daxil ediliblər.

Təsisetmə iclasında həmçinin Avropa Kiber İdman Federasiyasının tamhüququlu üzvləri olan ölkələrin siyahısı müəyyənləşib. Avstriya, Azərbaycan, Belarus, Belçika, Macarıstan, Almaniya, Gürcüstan, Danimarka, İsrail, İtaliya, Makedoniya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Slovakiya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya və İsveç. Böyük Britaniya təşkilatın assosiativ üzvü olublar. Bununla yanaşı, müşahidəçilik statusunu ESL Gaming GmbH (Almaniya), ESForce Holding Ltd. (Rusiya) və Burson Cohn & Wolfe (Бельгия) şirkətləri əldə ediblər.

Son xəbərlər

Orphus sistemi