Azərbaycanın Avropa, dünya və olimpiya çempionları Qran Priyə yollanır

Azərbaycanın Avropa, dünya və olimpiya çempionları Qran Priyə yollanır Iki gün davam edəcək turnirdə Toğrul Əsgərov da mübarizə aparacaq
Fərdi
2 Mart , 2015 10:18
Azərbaycanın Avropa, dünya və olimpiya çempionları Qran Priyə yollanır

Bakı. 2 mart. REPORT.AZ/ Martın 6-da Belarusun paytaxtı Minskdə 3 qat olimpiya çempionu Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Priyə start veriləcək. "Report"un məlumatına görə, iki gün davam edəcək turnirdə Azərbaycanı 10 kişi pəhləvan təmsil edəcək.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında dünya və Avropa çempionu Hacı Əliyev, Əhmədnəbi Qvarzatilov, Ruhlan Məmmədov (hamısı 61 kq), olimpiya çempionu Toğrul Əsgərov (70 kq), ikiqat Avropa çempionu Cəbrayıl Həsənov, Murad Süleymanov (hər ikisi 74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), dünya çempionu Xetaq Qazyumov, olimpiya çempionu Şərif Şərifov (hər ikisi 97 kq) və Əli Maqomedabirov (125 kq) mübarizə aparacaq.

Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi