Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olunub

Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olunub Bakı. 3 dekabr. REPORT.AZ/ Litvanın Kaunas şəhərində Avropa Cüdo Birliyinin (EJU) 70-ci Konqresi keçirilib.
Fərdi
3 Dekabr , 2018 12:41
Azərbaycan Avropa Cüdo Birliyinin 70-ci konqresində təmsil olunub
judo.az

Bakı. 3 dekabr. REPORT.AZ/ Litvanın Kaunas şəhərində Avropa Cüdo Birliyinin (EJU) 70-ci Konqresi keçirilib.

"Report" xəbər verir ki, konqresə qitənin 37 ölkəsinin cüdo qurumlarının rəsmiləri qatılıb. Azərbaycanı tədbirdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı təmsil edib. 

Toplantıda EJU-nun prezidenti Sergey Soloveyçik çıxış edərək bu idman növünün olimpiya hərəkatının inkişafındakı rolundan danışıb. Qitə cüdo təşkilatının rəhbəri 2019-cu ildə də idman, təhsil və inzibati məsələlərlə bağlı tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Konqresə dəvət olunan qonaqlar arasında Beynəlxalq Cüdo Federasiyasının baş katibi Jan-Luk Roge də yer alıb.

Son xəbərlər

Orphus sistemi