Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan atleti Nazim Babayev Taylandın paytaxtı Tayvanda keçirilən XXIX Yay Universiadasının qalibi olub.
"Report"un məlumatına görə, Babayev üçtəkanla uzunluğa tullanma yarışında hamıdan güclü olub. 17,01 metr uzununa tullanan Babayev ən yaxın rəqibini 4 sm geridə qoyub. Bu, Azərbaycanın Universiadada 8-ci medalı olub. İndiyədək yığma üzvləri 3 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər.