Yuxarı

Azərbaycan ağırlıqqaldıranları üçün Moskvada antidopinq seminarı keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) İcraedici Şurası üzvlüyü dayandırılmış milli federasiyalar üçün maarifləndirici seminar təşkil edəcək.

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir iyunda Rusiyanın paytaxtı Moskvada Ümumdünya Antidopinq Agentliyinin vasitəçiliyi ilə keçiriləcək. Seminara Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Moldova, Türkiyə, Ukrayna, Qazaxıstan və Çin nümayəndələri qatılacaq. Onların IWF üzvlüyü 2017-ci ilin sentyabrında 1 il müddətinə dayandırılıb. Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında bu ölkələrin ağırlıqqaldıranlarından götürülmüş dopinq-testlərin təkrar müayinələrinin müsbət nəticə verməsidir.

IWF-nin antidopinq siyasətində tətbiq etdiyi yeni qaydaya əsasən, milli federasiya öz antidopinq öhdəliyini yerinə yetirməsə və təmiz idmançılarının yarışlarda iştirakını təmin edə bilməsə, beynəlxalq yarışlarda iştirak hüququnu 4 il müddətinədək itirəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi