Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə qızıl medal qazanıb Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb.
Fərdi
16 Noyabr , 2019 13:45
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova Türkiyənin Qaziantep şəhərində keçirilən üçqat olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunan beynəlxalq turnirdə qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, B.Kostova (59 kq) toplam 224 kq (100+124) nəticə ilə bütün rəqiblərini geridə qoyub. 

2020-ci il Tokio Olimpiya Oyunların gümüş səviyyəli lisenziya xarakterli olan yarışda baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Səbinə Əzimova (55 kq), Füqan Əliyev (81 kq) və Tarmenxan Babayev (96 kq) körpücük üzərinə çıxacaqlar.

Qeyd edək ki, Türkiyədəki turnirdə 20-dən çox ölkədən 80-nə yaxın idmançı çıxış edir. 

Son xəbərlər

Orphus sistemi