Yuxarı

Azad Rəhimov: "Formula-1" rəhbərliyindəki dəyişikliyin Azərbaycana heç bir təsiri olmayacaq"

Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik

Bakı. 2 fevral. REPORT.AZ/ "Formula-1" rəhbərliyindəki dəyişikliyin Azərbaycan Qran-prisinə heç bir təsiri olmayacaq. 

"Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

O bildirib ki, Berni Ekklstounun Çeyz Keri ilə əvəzlənməsi Azərbaycan üçün heç bir fərq etmir: "Əvvəl necə olubsa, yeni rəhbər şəxslərlə də o qaydada işləyəcəyik. Bizim onlarla çox yaxşı əlaqələrimiz var".

A.Rəhimovun fikrincə, "Formula-1"in hazırkı səviyyəyə çatmasında B.Ekklstounun müstəsna rolu var: "Lakin o, hissələrin böyük qismini başqa bir şirkətə satıb. Özünə isə 5 faiz saxlayıb. Hazırkı səhmdarlar onunla əməkdaşlıq etdirməməyə üstünlük verdilər". 

Qeyd edək ki, bu il Azərbaycan Qran-prisi iyunun 23 - 25-də keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi