​Azad Rəhimov: "Bizə qatılacaq könüllülər səviyyəcə yüksək olmalıdır"

​Azad Rəhimov: "Bizə qatılacaq könüllülər səviyyəcə yüksək olmalıdır" "Tapşırıq verilib ki, gəncləri itirməyək və onlarla daim işləyək"
Fərdi
7 Mart , 2016 18:02
​Azad Rəhimov: Bizə qatılacaq könüllülər səviyyəcə yüksək olmalıdır

Bakı. 7 mart. REPORT.AZ/ "20 ilə yaxındır ki, Könüllülər Birliyi fəaliyyət göstərir. Bir çox maraqlı layihələr həyata keçirilir". "Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ilə könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında memorandumdan danışarkən deyib.

A.Rəhimov könüllülərin irimiqyaslı yarışlara köməyindən danışıb: "Bakı 2015" I Avropa Oyunlarında könüllülər böyük köməklik edib. Son illər könüllü mədəniyyəti yeni mərhələyə qədəm qoyub. Prezident və birinci xanım tərəfindən verilən 15 min diplom onların böyük və vacib əməllərinin qiymətsiz qalmadığını göstərir. Cənab Prezident bizə tapşırıq verdi ki, gəncləri itirməyək və onlarla daim işləyək. Formula 1 üçün 12 minə yaxın könüllü qeydiyyatdan keçib. Təhsil Nazirliyi ilə imzalanan saziş yeni bir layihədir. Müqaviləyə əsasən, bizə qatılacaq könüllülər səviyyəcə yüksək olmalıdır".

Qeyd edək ki, Formula 1 Avropa Qran Prisi 17-19 iyunda Bakıda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi