Yuxarı
    Bağlamaq

    Azad Rəhimov Avropa Şurası İdman Nazirlərinin Tbilisi konfransında iştirak edəcək

    Tbilisi. 13 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası İdman Nazirlərinin 15-ci konfransı keçiriləcək.

    “Report”un Gürcüstan bürosunun məlumatına görə, üçgünlük toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da iştirak edəcək.

    Konfransın açılışında Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili və digər rəsmi şəxslər çıxış edəcəklər.

    Toplantının əsas mövzuları idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi olacaq.

    Cəmilə BABAYEVA

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi