​Avstriya jurnalında Azərbaycanda idmanın inkişafından bəhs edilib

​Avstriya jurnalında Azərbaycanda idmanın inkişafından bəhs edilib Məqalədə Azərbaycanda keçiriləcək beynəlxalq idman tədbirləri xatırlanıb
Fərdi
6 Oktyabr , 2015 17:24
​Avstriya jurnalında Azərbaycanda idmanın inkişafından bəhs edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Avstriyadakı nümayəndəliyinin təşəbbüsü ilə Avstriyanın aparıcı idman nəşrlərindən olan “Sport und Business” jurnalında Azərbaycanda idmanın inkişafına həsr edilmiş məqalə dərc olunub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin idman infrastrukturu, yeniyetmələr və qadın futbolunun inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edilib, bu istiqamətdə aparılan işlərdə SOCAR-ın rolu xüsusi qeyd olunub.

Məqalədə Azərbaycanda idman sahəsinə, xüsusilə futbolun inkişafına göstərilən dəstəyin UEFA prezidenti Mişel Platini tərəfindən yüksək qiymətləndirilməsi, onun dəfələrlə Azərbaycana səfər etməsi, SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayevlə birlikdə müxtəlif idman komplekslərinin açılışında şəxsən iştirakı qeyd edilib.

2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının 7 rəsmi sponsorundan birinin SOCAR olduğu diqqətə çatdırılıb, Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməsi, 2016-cı ildə “Formula-1” Qran-pri yarışı, U-17 Avropa çempionatı kimi böyük tədbirlərin də Azərbaycanda keçiriləcəyi xatırlanıb.              

Son xəbərlər

Orphus sistemi