Avropa Yay Olimpiya Gənclər Festivalının ulduz səfirləri açıqlanıb

Avropa Yay Olimpiya Gənclər Festivalının ulduz səfirləri açıqlanıb Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı üçün könüllülərin növbəti ulduz səfirləri açıqlanıb.
Fərdi
4 İyul , 2019 13:32
Avropa Yay Olimpiya Gənclər Festivalının ulduz səfirləri açıqlanıb

Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı üçün könüllülərin növbəti ulduz səfirləri açıqlanıb. 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunlar müsiqisi sənətçiləri Nadir Qafarzadə və Elton Hüseynəliyevdir. Daha əvvəl Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Leyla Cəmil, Tofiq Hacıyev və məhşur aparıcı Hacı Nuran da Festival könüllülərinin “Ulduz səfirləri” elan olunublar. Onlar Festivala hazırlıq və yarışlar vaxtı Azərbaycanın, idmanın, vətənpərvərliyin təbliği ilə könüllü məşğul olacaq və gənclərin tədbirlərində yaxından iştirak edəcəklər.

Yarışların keçirilməsinə 3500 könüllü cəlb olunub və onlarla son təlimlər başa çatmaqdadır. Könüllülər Atletlər Kəndində, hava limanında, bütün idman məkanlarında müxtəlif funksiyaları yerinə yetirəcəklər. Yarışları izləməyə gələn turistlərə Azərbaycan haqqında lazımi məlumatlar veriləcək.

Könüllülər həm də yaxın günlərdə “EYOF Bakı 2019” günü Gəncədə” adlı maraqlı konsert proqramı ilə tədbir keçirməyi planlaşdırırlar. 

Festivalda bütün İdman yarışlarına biletlər pulsuzdur. Hər bir şəxs öz şəxsiyyət vəsiqəsi ilə 4 ədəd bilet əldə edə bilər. Bu, hətta məktəbli şagirdlərə də şamil olunur. İdman müəllimləri isə Əməliyyat Komitəsinə müraciət etməklə coxlu sayda bilet ala bilərlər.

Qeyd edək ki, iyulun 21-də “Crystall Hall” da start götürəcək XV Avropa Yay Olimpiya Gənclər Festivalına 4000-dək idmançı, texniki heyət və digər qonaqlar qatılacaq. 14 - 18 yaşlı yeniyetmələr arasında keçirilən tədbiri Avropada xüsusi maraqla izlənən idman yarışlarındandır.

Son xəbərlər

Orphus sistemi