Aleksandr Qusyatnikov: "Tour d`Azerbaidjan"ın Dünya Turu statusu alması üçün maliyyə fondunu artırmaq lazımdır"

Aleksandr Qusyatnikov: "Tour d`Azerbaidjan"ın Dünya Turu statusu alması üçün maliyyə fondunu artırmaq lazımdır" ​Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti: "Prezident İlham Əliyev idmanın inkişafı üçün hər şeyi edir"
Fərdi
6 May , 2016 12:32
Aleksandr Qusyatnikov: Tour d`Azerbaidjanın Dünya Turu statusu alması üçün maliyyə fondunu artırmaq lazımdır

Bakı. 6 may. REPORT.AZ/ "Hər zaman olduğu kimi, bu il də "Tour d’Azerbaidjan" yüksək səviyyədə keçirilir. Əlbəttə, istərdik ki, bu yarış daha yüksək kateqoriyaya (2HC) sahib çıxsın və daha sonra Dünya Turu statusu alsın". "Report"un məlumatına görə, bunu Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov veloturun 3-cü mərhələsi (Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ) başlamazdan öncə jurnalistlərə açıqlamasında deyib.

A.Qusyatnikov veloturun Dünya Turu statusu alması üçün sadəcə maliyyə fondunun artırılmalı olduğunu söyləyib: "Bunun üçün nə etmək lazımdır? Təhlükəsizliklə bağlı hər hansı problem yoxdur. Sadəcə, maliyyə fondunu artırmaq lazımdır. İnfrastruktura gəlincə, hər şey yüksək səviyyədədir. Hotelləriniz və yollar çox əladır. Prezident İlham Əliyev idmanın inkişafı üçün hər şeyi edir. Həmçinin Azərbaycan Velosiped İdmanı Federasiyasının gördüyü işləri də qeyd etməliyəm".

Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti, həmçinin Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü, Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edəcək Maksim Averinin şanslarını da dəyərləndirib: "Averinin bu il olimpiadada uğurla çıxış etmə şansı var. Amma yarış marşrutu olduqca mürəkkəbdir. Görünən odur ki, braziliyalılar olimpiada tarixinin ən çətin velosiped yarışını təşkil etməyi planlaşdırırlar”.

Son xəbərlər

Orphus sistemi