Olimpiadada triatlon yarışlarında yenilik

Olimpiadada triatlon yarışlarında yenilik Belarusun Minsk şəhərində (Milli Olimpiya Komitəsində) Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir.
Fərdi
15 Fevral , 2020 13:59
Olimpiadada triatlon yarışlarında yenilik

Belarusun Minsk şəhərində (Milli Olimpiya Komitəsində) Avropa Triatlon Federasiyaları prezidentlərinin sayca 15-ci konfransı keçirilir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, Beynəlxalq Triatlon Federasiyasının bu idman növünün inkişafı ilə bağlı açıqladığı hesabatda Azərbaycan idmanın bu növündə inkişaf etməkdə olan ölkələr arasında ön sıralarda qərarlaşıb.

Beynəlxalq Triatlon Federasiyasının prezidenti xanım Marisol Kasado çıxışında yeniliklərə toxunaraq bildirib ki, Tokio Yay Olimpiya oyunlarında ilk dəfə olaraq estafet üzrə yarışlar da keçiriləcək. Triatlonda yeniliyin bununla bitmədiyini bildirən prezident 4 ildən sonra Fransada gerçəkləşəcək Olimpiya oyunlarında idmançıların ilk dəfə olaraq super sprint kateqoriyasında da medal uğrunda mübarizəyə qoşula biləcəklərini bildirdi.

Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov Avropa ölkələrinin triatlon federasiyaları prezidentlərinə ölkəmizdə bu idman növündə görülmüş işlərlə bağlı məlumat verərkən ilk olaraq bu idman növünün respublikamızda daha geniş yayılması üçün atılan addımlar və son illərdə qazanılan uğurlardan danışıb.

A.Məhərrəmov mediaya açıqlamasında bir sıra Avropa Triatlon Federasiyalarının prezidentləri ilə fikir və təcrübə mübadiləsinin aparılması məqsədi ilə görüşlər keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, konfransda Belarusun İdman və turizm naziri Sergey Kovalçuk, Avropa Triatlon Federasiyasının prezidenti Renato Bertrandi və bu idman növünə cavabdeh digər rəsmilər də iştirak edir.

Son xəbərlər

Orphus sistemi