​Avropa təsnifat turnirində iştirak edəcək qadın güləşçilərin adları açıqlanıb

​Avropa təsnifat turnirində iştirak edəcək qadın güləşçilərin adları açıqlanıb Pəhləvanlar Rio-2016-ya lisenziya uğrunda mübarizə aparacaq
Fərdi
13 Aprel , 2016 15:01
​Avropa təsnifat turnirində iştirak edəcək qadın güləşçilərin adları açıqlanıb

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin 15-də Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Təsnifat Turnirində iştirak edəcək Azərbaycanın qadın güləşçilərinin adları açıqlanıb. "Report"un məlumatına görə, 3 gün davam edəcək yarışda 63 kq-da İrina Netreba, 69 kq-da isə Elis Manolova qüvvəsini sınayacaq.

Ümumilikdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Azərbaycan yığma komandalarının 6 üzvü "Rio-2016"ya vəsiqə uğrunda yarışacaq. Daha öncə sərbəst güləş növündə Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənovun (74 kq), yunan-Roma güləşində isə Kamran Məmmədov (66 kq) və Şalva Qadabadzenin (98 kq) çıxış edəcəyi məlum olub. Turnirin finalına yüksələn hər bir güləşçi olimpiadaya vəsiqəni təmin edəcək.

İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları bu günədək "Rio-2016"ya 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Son xəbərlər

Orphus sistemi