Avropa Sambo Federasiyasının prezidenti öz evində döyülərək qarət olunub

Avropa Sambo Federasiyasının prezidenti öz evində döyülərək qarət olunub Sergey Yeliseyev, həyat yoldaşı və anasını hədələyərək bağlayıblar
Fərdi
21 Noyabr , 2015 13:28
Avropa Sambo Federasiyasının prezidenti öz evində döyülərək qarət olunub

Bakı. 21 noyabr. REPORT.AZ/ Ümumrusiya Sambo Federasiyasının və Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev, həyat yoldaşı və anası naməlum şəxslər tərəfindən döyülüb. "Report"un məlumatına görə, hüquq-mühafizə orqanlarından TASS-a hadisənin Moskvaətrafı Ayı gölü qəsəbəsində ötən gecə saat 3:00 radələrində baş verdiyi bildirilib. 

Mənbə deyib ki, 4 maskalı şəxs kottecə soxularaq kişini, xanımını və anasını döydükdən sonra tapança ilə hədələyərək, onları bağlayıblar. Daha sonra naməlum şəxslər evdən 450 min dollar, 5 min rubl və 30 min avro oğurlayaraq, aradan çıxıblar. 

Regionun polis idarəsinin mətbuat xidmətindən qarət məqsədilə hücum faktı təsdiqlənib. Amma zərərçəkənlərin şəxsiyyəti açıqlanmayıb. Faktla bağlı cinayət işi açılıb, qarətçilərin tapılıb tutulması istiqamətində operativ tədbirlər görülür. 

Son xəbərlər

Orphus sistemi