Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran-prisində sıralama yürüşünə start verilib. "Report"un məlumatına görə, bu yürüşün nəticəsinə əsasən sabah baş tutacaq Qran Pridə pilotların sıraları müəyyənləşəcək.
Geridə qalan 3 sərbəst yürüşdə ən yüksək nəticəni "Mercedes"in pilotu Lüis Hamilton əldə edib.
Qeyd edək ki, Avropa Qran-prisi iyunun 19-da keçiriləcək. Yürüşə saat 17:00-da start götürəcək.