“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub

“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub.
Fərdi
8 İyun , 2019 21:04
“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub

“Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri təqdim olunub.

Gənclər və İdman Nazirliyi və Formula 1 Azərbaycan Qran-Prisinin dəstəyi ilə “Bakı-2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin təşkilatçılığı ilə könüllülər üçün “Bir komanda, tək məqsəd” adı altında idman festivalı təşkil edilib.

"Report" xəbər verir ki, festival könüllülərin səmərəli və sağlam vaxt keçirmələri, daha sıx dostluq münasibətləri qurmaları və tədbir öncəsi motivasiyalarının artırılması məqsədiylə keçirilib.

Tədbirdə Bakıda keçirilən beynəlxaq idman festivallarında böyük təcrübə əldə etmiş 1500 könüllü iştirak edib. Onlar arasında futbol, basketbol, çimərlik voleybolu və kartinq idman növləri üzrə yarışlar keçirilib. Qalib komanda və iştirakçılara kubok və müxtəlif hədiyyələr verilib.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov son illərdə ölkəmizdə vətənpərvər könüllülərin çoxaldığını vurğulayıb: “Biz Azərbaycanda əksəriyyəti gənclərdən ibarət böyük könüllü komandasının formalaşmasına çox sevinirik. Bu tədbir könüllülərin komanda ruhuna, festival öncəsi oyunlara inteqrasiyasına, sağlam həyat tərzi və idmanın təbliğatı uğrunda birgə mübarizə aparmalarına və “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı effektiv fəaliyyət göstərmələrinə təkan verəcəkdir”.

Tədbir çərçivəsində könüllülərin ulduz səfirləri də ictimaiyyətə təqdim olunub. Ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Haci Nuran, məşhur muğam ifaçıları Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimova olub.

Tədbirdə cıxış edən Hacı Nuran deyib: “Biz könüllülərin ulduz səfiri və sosial dəyəri yüksək olan ictimai tədbirlərin bir hissəsi olmaqdan qürur duyuruq. Qələbə və uğur sevincini könüllülərlə birgə yaşayıb, onları paylaşmaq ən gözəl hislərdən biridir”.

Tədbir ulduz səfirlərin ifaları ilə davam edib.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi